Ru
22:42 / 22 Mart 2026

Mirşahin Prezident ailəsini şantaj edən şəxsdən müsahibə aldı – VİDEO

Mirşahin Prezident ailəsini şantaj edən şəxsdən müsahibə aldı –  VİDEO
Eye

Bir neçə gün əvvəl İTV-də Prezident İlham Əliyevin ailəsini şantaj edərək pul tələb edən şəxsin həbs olunması ilə bağlı material yayımlanmışdı. Süjetdə Hüseynov qardaşlarının Prezidentin gəlini Alyona Əliyeva barədə həqiqətə uyğun olmayan saxta videolarının ifşa edildiyi bildirilirdi.

Bu gün isə Real TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayev həbs olunan həmin şəxslə müsahibə təqdim edib.

Sənədli filmdə xaricdə gizlənərək “bloqer” adı altında fəaliyyət göstərən şəxslərin Alena Əliyeva kimi təqdim etməyə çalışdıqları qadının əsl kimliyi ilə bağlı detallı istinadlar və faktlar ortaya qoyulub.

Mirşahin Ağayev bununla bağlı paylaşımında yazır:

“Azərbaycan vətəndaşı qlobal intervensiya şəraitində təkcə torpaqlarını qorumamalıdır. Müdafiə olunası dəyərlərimiz o qədərdir ki, onları qorumaq getdikcə çətinləşir. Amma nəyin bahasına olursa olsun, qorumalıyıq. Özü də klassik həqiqət anlayışının dünyada aşınmaya məruz qaldığı bir dövrdə.

Süni intellekt, böhtan, internet resurslarının verdiyi hədsiz imkanlar, şayiələrin fantastik sürətlə yayılması – bütün bunlar yeni informasiya xəritəsi yaradır. Bu xəritədə feyk ünvanlar real ünvan axtaranları çaşdırır. Yalan ayaq tutur, yeriyir. Amma nə yaxşı ki, yaxalanır – Prezident İlham Əliyevin ailəsini şantaj edən şəxsdə olduğu kimi.

Biz sizə şantajçını göstərəcəyik, onun fəaliyyət coğrafiyasını təqdim edəcəyik. Üzümü artıq saxlanılmış şəxsin dostlarına da tuturam: narahat olmayın, Bakıda saxlanılmayıb. Ya da əksinə – narahat olun, Bakıda saxlanılmayıb.

Hamını ekran qarşısına dəvət edirəm. Baxaq, Prezidentin ailəsini şantaj edənləri, bu əməldə ona kömək edənləri tanıyaq. Başa düşürəm, hamımız Novruz ovqatındayıq, yallı ətrafındayıq. Amma yallı yox, “yal” ətrafında olanlar da var. Tanıyaq, ehtiyatlı olaq, səfərbər olaq. Bir vətəndaş kimi dövlətin ləyaqətini qoruyaq.

Beləliklə, “Milli Namus məsələsi” sənədli filmi. Vaxtdır. Hörmətli tamaşaçılar, siz bu filmə mütləq baxmalısınız!”

Bakupost.az həmin müsahibənin də yer aldığı filmi təqdim edir:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar