Ru
18:25 / 07 Oktyabr 2026

Azərbaycanda gənc oğlanı təkləyib döydülər – VİDEO - YENİLƏNİB

Azərbaycanda gənc oğlanı təkləyib döydülər – VİDEO - YENİLƏNİB
Eye

Qaradağ rayonunda şəxsi münasibətlər zəminində baş vermiş mübahisə araşdırılır.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Bakupost"a bildirib ki, sosial mediada yayılan görüntülər avqustun 15-də Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində şəxsi münasibətlər zəminində baş vermiş mübahisəni əks etdirir.

Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən hadisə zamanı 2005-ci il təvəllüdlü şəxsin bir nəfərə xəsarət yetirməsi faktı üzrə zəruri prosessual hərəkətlər həyata keçirilib.

Toplanmış materiallar əsasında Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq istintaq hərəkətləri davam etdirilir.

***
12:41

Sosial şəbəkələrdə gənc oğlanın həmyaşıdları tərəfindən təklənərək döyülməsini əks etdirən görüntülər yayılıb.

“Bakupost”un əldə etdiyi məlumata görə, döyülən şəxs Şamaxı sakini, “İso Brazilian” ləqəbli "TikTok" istifadəçisi İsrafil Dadaşzadədir.

Məlumata görə, görüntülər təxminən bir ay əvvəl çəkilib. İddiaya əsasən, hadisəyə İsrafilin hansısa qıza mesaj yazması səbəb olub. Bundan sonra həmyaşıdlarının onu taparaq döydüyü bildirilir.

Yayılan görüntülər ictimaiyyət arasında böyük qəzəb doğurub və geniş müzakirələrə səbəb olub.

Hazırda polis əməkdaşları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İsrafil Dadaşzadə bundan əvvəl də "TikTok" hesabında yolda ona hücum edilməsi və döyülməsi barədə paylaşımlar edib.

Lalə Novruz, BakuPost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar