İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay olacaq.
Bakupost.az xəbər verir ki, bu artım 2017-ci ildən mərhələli şəkildə həyata keçirilir və 2027-ci ildə qadınlar üçün pensiya yaşı 65-ə çatdıqda tamamlanacaq.
Kişilər isə bu yaş həddinə artıq 2021-ci ildə çatıblar.