“Azəriqaz” İstehsalat Birliyində (İB) 28 May - Müstəqillik Günü münasibətilə şahmat turniri keçirilib.
Bakupost.az xəbər verir ki, İB-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda İdarəetmə Aparatının və digər struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən şahmat yarışında Birliyin əməkdaşları olan Mikayıl Cəbrayılov 1-ci yer, Vüsal Rzayev 2-ci yer, Nazim Əsədov isə 3-cü yeri tutublar.
Qaliblər Birliyin Aparat rəhbəri Zaur Qəribov və HİK sədri Ədalət Qurbanov tərəfindən Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.