Ru
11:00 / 30 May 2025

"Ailəm haqqında danışmaq istəmirəm..." - Əməkdar artist efirdə ağladı - VİDEO

"Ailəm haqqında danışmaq istəmirəm..." - Əməkdar artist efirdə ağladı - VİDEO
Eye

Əməkdar artist Bəsti Sevdiyeva "Gün ortası" verilişində qonaq olub.

Bakupost.az xəbər verir ki, müğənni ailəsi ilə bağlı sualı cavablamaqdan imtina edib və göz yaşlarını saxlaya bilməyib.

"Xatirələrim anam, atam, bacılarımla bağlıdır. Bu barədə danışmaq istəmirəm. Mənə çox çətindir. Onlarla bağlı xatirələrim hər gün gözümün qabağından keçir. Anam zəhmətkeş insan idi. Amma atamı anamdan çox sevirdim. Lakin bu günlərimi görmədilər. Çoxdan həyatda yoxdurlar. İlk qonorarımı alanda anamı o qədər sevindirmişdim... Atam isə hər zaman iş başında olub. Mən universitetə qəbul olanda atamın gözlərinin necə dolduğu hələ də yadımdadır. Onun sağ əli olmuşam. Məni özünə oğul bilib. O, bizimlə fəxr edib deyirdi ki, 7 yox, 14 qız dünyaya gətirərdim. İstərdim ki, indi məni, övladlarımı görərdilər. Övladlarımı yalnız balaca vaxtı gördülər. Qəbir üstünə gedəndə onları yanımda o qədər hiss edirəm ki..." deyə, B.Sevdiyeva açıqlayıb.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar