Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, mayın 30-u Naxçıvanda “Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransı – “Mediafest-2025” keçirilir.
Bakupost.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.
Qeyd edək ki, tədbir Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan MR Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə keçirilir.