Hazırda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmır.
Bakupost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib.
Məlumata görə, Azərbaycanda kifayət qədər həm uşaqların vaksinasiyası üçün Qızılca-Parotit-Məxmərək peyvəndi, həm də böyük yașlı əhali üçün Qızılca-Məxmərək peyvəndi mövcuddur.
Həmçinin qeyd olunub ki, ölkədə epidemiloji vəziyyət sabitdir.