Ru
13:21 / 30 May 2025

Azərbaycanda uşaqlar TƏHLÜKƏDƏ - "Haribo"nun tərkibində narkotik AŞKARLANDI

 Azərbaycanda  uşaqlar TƏHLÜKƏDƏ - "Haribo"nun  tərkibində narkotik AŞKARLANDI
Eye

Dünyanın ən böyük qənnadı şirkətlərindən biri olan "Haribo" tərəfindən Niderlandda satılan bəzi məhsullarda narkotik maddə aşkarlanıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, onu yeyənlər özlərini pis hiss edib.

Məsələ ilə bağlı Niderland Ərzaq və İstehlak Məhsullarının Təhlükəsizliyi Təşkilatı (NVWA) araşdırma aparıb.

Müayinələrdə konfetlərdən götürülmüş nümunələrdə narkotik maddələrin olduğu təsdiqlənib. NVWA-nın sözçüsü, dərmanın indiyə qədər üç paketdə tapıldığını, lakin "Haribo"nun bütün məhsullarını geri çağırdığını söyləyib.

Bu paketlərin son istifadə tarixi 2026-cı ilin yanvarı olaraq göstərilib. İndiyə qədər nə qədər insanın təsirləndiyi məlum deyil.

Sözügedən məsələ ilə bağlı şirkət açıqlama verib. Şirkət yalnız Niderlanddakı məhsulların geri çağırıldığını, digər ölkələrdəki məhsulların təhlükəsiz olduğunu bildirib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən unikal.az-a bildirilib ki, uyğunsuzluq aşkarlanan həmin məhsul partiyaları ölkəmizə idxal olunmayıb və bununla bağlı heç bir narahatlığa əsas yoxdur.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar