Ru
19:20 / 31 May 2025

Yevlaxda 13 yaşlı qızla ər-arvad kimi yaşayan şəxs həbs edildi

Yevlaxda 13 yaşlı qızla ər-arvad kimi yaşayan şəxs həbs edildi
Eye

Yevlaxda 13 yaşlı qızla ər-arvad kimi yaşayan, onunla münasibətdə olan 19 yaşlı şəxs həbs edilib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, Gülər (ad şərtidir) 8-ci sinifdə təhsil aldığı zaman 19 yaşlı Orxanla (ad şərtidir) tanış olub.

Onlar bir-birlərini sevərək ər-arvad kimi yaşamaq istəyiblər. Ailələr razı olsa da, qızın 13 yaşı olmasına görə toy edə bilməyiblər.

Gülər Orxanın evinə gedərək onunla yaşamaq istədiyini deyib. Həmin gündən onlar ər-arvad münasibətində yaşamağa başlayıblar.

Orxanın dediyinə görə, Gülərin 13 yaşı olmasını bilməyib və onun şəxsiyyət vəsiqəsini görməyib. Gülər də Orxanı günahkar bilməyərək yaşını gizlətdiyini etiraf edib. Əlavə edib ki, şəxsiyyət vəsiqəsi anasında olduğu üçün Orxana göstərməyib.

Hər iki şəxsin valideynləri məhkəmədə şahid qismində dindiriliblər. Onlar bir-birlərindən şikayətçi olmayıb və Orxanla Gülərin birlikdə yaşamasından xəbərdar olduqlarını deyiblər.

Məhkəmə Orxanı 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq və seksual xarakterli digər hərəkətlər etməkdə təqsirli bilib. Hökmə əsasən, Orxan 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar