Ru
19:40 / 31 May 2025

Azərbaycanda dəhşət: əsir kimi saxlayıb zorla işlətdi

Azərbaycanda dəhşət: əsir kimi saxlayıb zorla işlətdi
Eye

Azərbaycanda bir nəfəri məcburi əməyə cəlb edən şəxsə hökm oxunub.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, Əliyev Etibar Sozalı oğlu zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla məcburi əməyə cəlb edərək istismar etdiyinə görə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-2.1 (Məcburi əmək) maddəsi ilə cinayət işi başlanılıb və işin halları ətraflı araşdırılmış aidiyyəti üzrə məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev Etibar Sozalı oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar