Ru
14:45 / 15 İyul 2025

Azərbaycanı ittiham edən Vilayətiyə cavab: Bəs Qarabağda donuz saxlayanları niyə müdafiə etdiniz?

Azərbaycanı ittiham edən Vilayətiyə cavab:  Bəs Qarabağda donuz saxlayanları niyə müdafiə etdiniz?
Eye

Xəbər verdiyimiz kimi, İranın ali dini lideri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti Pakistanın daxili işlər naziri ilə görüşündə Azərbaycandan şikayət edib.

O, pakistanlı həmkarına bunları deyib:

"Sizin Azərbaycanla yaxın münasibətləriniz var, amma eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İslam dünyasının baxışlarına zidd addımlar atır. Onların arasında Əl-Culani ilə “sionist rejim” arasında vasitəçilik və İsrail rejiminin məzlum Fələstin xalqına qarşı cinayətlərinin pik nöqtəsində İsrailə neft ixracı da var. Onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin maraqlarına zidd olan bu addımlar atılır?"

Maraqlıdır, Vilayəti Azərbaycanın İsrailə neft satmasından gileylənir, amma nədənsə unudur ki, 44 günlük Vətən müharibəsinin qızğın vaxtında ölkəsi Rusiyaya Ermənistana silah keçirməyə kömək edirdi. Həmin silahlar azərbaycanlı müsəlmanların qanını axıtmaq üçün göndərilirdi. Görəsən, cənab Vilayəti bunu niyə unudub?

İkincisi, ermənilər Qarabağda məscidlərdə donuz bəsləyəndə bu islam "təəssübkeşi"nin səsi niyə batmışdı? Olmaya, İran bu addımı "müsəlmanların və İslam ölkələrinin maraqları" naminə atırdı?

Bəs, İran TIR-larının Azərbaycanın icazəsi olmadan həm müharibədən əvvəl, həm də müharibədən sonra Xankəndiyə, eləcə də erməni separatçıların yaşadığı digər ərazilərə ara vermədən daşığı yüklər? Axı bu yüklər yalnız ərzaqdan ibarət deyildi. İran Xankəndiyə həm silahlar, həm də yanacaq ötürürdü. İslamdan, müsəlmançılıqdan dəm vuran Vilayəti görəsən, bunu necə izah edir?

Nəhayət, İran bu gün də "Zəngəzur bizim qırmızı xəttimizdir" deyə bəyanatlar verir. Fələstin müsəlmanlarının halına acıyan İran rəsmiləri qulaqlarının dibində olan, 35 ildir blokadada yaşayan Naxçıvan müsəlmanlarını niyə yada salmırlar? Niyə onların öz vətənlərinə maneəsiz gediş-gəlişini özləri üçün "qırmızı xətt" hesab edirlər?

Fələstində, Suriyada, Livanda, Yəməndə və daha haralarda müsəlmanlara can yandıran İran dövləti öz daxilində yaşayan 35 milyonluq müsəlman azərbaycanlıların öz dilində oxumaq və yazmaq haqqını niyə tanımır? Niyə bunu tələb edənləri ya həbsxanalarda çürüdür, ya da edam edirlər?

Bütün bunlar ona görə baş verir ki, Vilayətinin də, elə onun liderinin də islam təəssübkeşliyi barədə dedikləri qırımızı yalanlardır. Əgər belə olmasaydı, nə illərlə müsəlmanların qanını tökən daşnaklara bu qədər dəstək göstərər, nə də İrandakı azərbaycanlılar olmazın işgəncələrə məruz qalmazdılar...

Amma gedişat göstərir ki, bir gün bu "müsəlman təəssübkeşliyi" yalanları bitəcək. O zaman İranın həqiqi islam dövləti imici də sabun köpüyü kimi partlayacaq...

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar