Ru
17:51 / 15 İyul 2025

Qətllər törədən "peyğəmbər" baş redaktor ələ keçdi - VİDEO

Qətllər törədən "peyğəmbər" baş redaktor ələ keçdi - VİDEO
Eye

2021-ci ilin iyul ayında atası ilə birgə Abşeron rayonunda qətl törətməkdə ittiham olunan Emin Ramazanov tutulub.

Bakupost.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qobu qəsəbəsində 29 yaşlı Ülfət Höccətovu amansızlıqla qətlə yetirməkdə və evi yandırmaqda şübhəli bilinən şəxs 4 il sonra polis əməkdaşları tərəfindən saxlanılıb. O, istintaqa təhvil verilib.

Emin Ramazanov daha əvvəl mediada bir sıra saytlarda çalışıb və özünü baş redaktor kimi təqdim edib. Daha sonra o, özünü “peyğəmbər” elan edib, onkoloji xəstələri 3 saata müalicə etdiyini, əllərində bioenerji olduğunu deyərək müxtəlif əməllər törədib. E.Ramazanovun xüsusi libas geyinərək hansısa ritual zamanı bibisini öldürdüyü əks olunan görüntülər də sosial şəbəkələrdə yayılıb.

Onu da qeyd edək ki, qətl hadisəsi Eminin arvadı olan Şəms Höccətovun birinci həyat yoldaşından qisas alınması planı vaxtı yanlışlıqla törədilib. Belə ki, Emin və atası Şəmsin keçmiş əri Ceyhunun evdə olduğunu düşünərək mənzilə basqın ediblər. Lakin evdə Ceyhun yox, kiçik qardaşı Ülfət olub və onlar gənci qətlə yetirərək evə od vurublar.

Bu hadisəyə görə Eminin atası Cahangir Ramazanova 19 il həbs cəzası verilib.

Geridə qalan 4 il ərzində E.Ramazanovun harada gizlənməsi və digər detallar hazırda araşdırılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar