Rusiyanın Rostov vilayətində yerləşən Kamensk-Şaxtinski şəhərində, “Vkusno-i toçka” restoranında bişirilən burgerə əməkdaşın tüpürdüyü anlar gizli şəkildə videoya çəkilib.
Bakupost.az xəbər verir ki, hadisə şəhərin Narodnaya küçəsindəki filialda baş verib.
Videonu çəkən şəxs deyir ki, hadisədən əvvəl işçi onunla kobud danışıb. Buna cavab olaraq vətəndaş kameranı işə salıb və həmin nalayiq görüntünü qeydə alıb.
Şirkət rəhbərliyi artıq məsələ ilə bağlı açıqlama verib və burgerə tüpürən əməkdaşın işdən azad edildiyini bildirib.
Bundan əlavə, yerli "Rospotrebnadzor" (İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti) restoranda yoxlama aparmağa hazırlaşır.
Videodakı işçi “Baza”ya açıqlamasında davranışından peşman olduğunu, lakin hazırda narahat olduğu və qorxu hiss etdiyini dilə gətirib:
“Mən nə edəcəyimi bilmirəm. Şərhlərə baxanda həqiqətən qorxuram. Mən ümumiyyətlə, bilmirəm, nə edəcəyəm”.
O, həmçinin müştərinin gəldiyi andan onunla kobud danışdığını, hətta təhqir etdiyini də vurğulayıb.
Video yayılandan sonra sosial mediada yazılan tənqidlər işçiyə psixoloji baxımdan ciddi təsir edib.
Aysel,
BakuPost