Ru
18:58 / 15 İyul 2025

Ukraynada çoxsaylı vətəndaşlığa icazə verildi

Ukraynada çoxsaylı vətəndaşlığa icazə verildi
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə çoxsaylı vətəndaşlıq institutunun tətbiqi haqqında qanunu imzalayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Bildirilib ki, müəyyən şərtlər daxilində ukraynalılar eyni zamanda iki və ya daha çox ölkənin vətəndaşlığına sahib ola biləcəklər.

Bundan əlavə, digər ölkələrin vətəndaşları olan Ukrayna mənşəli şəxslər üçün sadələşdirilmiş qaydada vətəndaşlıq əldə etmək hüququ təmin edilir.

Yeni qanun Ukraynada hərbi xidmət keçən əcnəbilər üçün vətəndaşlıq əldə etmək prosedurunu sadələşdirir, həmçinin öz ölkələrində siyasi səbəblərdən təqib olunan şəxslərə Ukrayna vətəndaşlığı hüququ verilməsini nəzərdə tutur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar