Ru
14:23 / 02 İyul 2025

"Azərbaycanı təhdid etməmişik" - Peskov

"Azərbaycanı təhdid etməmişik" - Peskov
Eye

“Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib”.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir”, - Rusiya rəsmisi qeyd edib.

Peskov bildirib ki, Azərbaycan və Rusiya arasında gərginlik Yekaterinburq şəhərində azərbaycanlıların bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasından sonra başlayıb.

Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı 2 azərbaycanlı öldürülüb. Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov döyülərək qətlə yetirilib.

Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar