Ru
22:10 / 11 İyun 2025

Azərbaycanlı gənc möhtəşəm nəticə - maksimum bal ilə TR-YÖS-ü fəth etdi

Azərbaycanlı gənc möhtəşəm nəticə - maksimum bal ilə TR-YÖS-ü fəth etdi
Eye

2025-ci il TR-YÖS nəticələri açıqlanıb və builki imtahanın ən parlaq nəticələrindən biri Azərbaycandan gəlib.

Bakupost.az xəbər verir ki, Əhəd Səmədzadə, maksimum nəticə olan 500 balı toplayaraq Türkiyə universitetlərinə qəbul üçün ən yüksək göstəriciyə imza atıb.

Bu nəticə Əhədə, Türkiyənin ən nüfuzlu universitetlərindən tam təqaüdlə təhsil almaq imkanı qazandırmaqla yanaşı, Azərbaycan gənclərinin beynəlxalq təhsildə yüksələn nüfuzunun da rəmzinə çevrilir.

TR-YÖS dünyanın müxtəlif ölkələrindən minlərlə tələbənin qatıldığı, riyaziyyat və məntiq sahəsində yüksək səviyyəli bilik və düşüncə tələb edən beynəlxalq imtahandır. Bu nəticə isə yalnız bilik deyil, mükəmməl hazırlıq strategiyası, intizam və məqsədyönlülüyün bariz nümunəsidir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar