Ru
13:00 / 11 İyun 2025

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı
Eye

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Məmmədli ABŞ-nin nüfuzlu Tulane Universitetinin Kimya və biomolekulyar mühəndislik ixtisası üzrə birbaşa doktorantura proqramına qəbul olunub. Gülşən proqram çərçivəsində illik 100 min ABŞ dolları məbləğində təqaüd qazanıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı BANM rektoru Elmar Qasımov yayıb.

Gülşən bundan başqa, New York University Tandon School of Engineering-dən Kimya mühəndisliyi, İngiltərənin Leeds Universitetindən isə Advanced Chemical Engineering ixtisası üzrə magistr proqramlarına da qəbul dəvəti alıb.

GreenTech startup və yaşıl texnologiyalar üzrə keçirilən müsabiqədə komandası ilə l yerə layiq görülüb.

BANM-da keçirilən Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında II yerə, IV elmi konfransda isə komandası ilə III yerə layiq görülüb.

O, 2023-cü ildə AGAGroup tərəfindən elan olunan qadınlar üçün təqaüd proqramının qalibi olub. // modern.az

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar