Ru
12:20 / 10 İyul 2025

Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar

Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Eye

Rəşt Şəhər Şurasınnı üzvü Rza Aşərinin İran Prezidenti Məsud Pezeşkiana qarşı paylaşımından sonra bir qrup ziyalı və ictimai fəalın təşəbbüsü ilə Aşəriyə qarşı imza kampaniyası başladılıb.

Bakupost.az xəbər verir ki, bu haqda yerli mediada məlumat yayılıb.

“Rza Aşərinin paylaşımı təxribat xarakterli olmaqla yanaşı, təhlükəsizliyə, xalqın səsinə, respublika quruluşu prinsipinə açıq-aşkar təhqirdir”, - kampaniya təşəbbüsçüləri yazıblar.

Bildirilib ki, məhkəmə sistemi və əlaqədar dövlət qurumları Rza Aşəri və onun kimi sərt xətt tərəfdarlarının təhlükəli çağırışlarına görə qəti addım atmalıdır.

Qeyd edək ki, Rza Aşəri özünün sosial media hesabında etdiyi paylaşımında İsrail hökumətini İran Prezidenti Məsud Pezeşkianı öldürməyə çağırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar