Ru
12:48 / 28 Aprel 2022

AzTV Suriyadan maraqlı film hazırladı - VİDEO

2110
Azərbaycan Televiziyası 11 ildir müharibə şəraitində olan Suriyadan sənədli film hazırlayıb.


Bakupost.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “İllüziya” adlı filmin hazırlanmasında məqsəd Suriya ərazisində salınmış düşərgə, eyni zamanda, kimsəsiz uşaqlar üçün sığınacaqlarda yaşayan həmvətənlərimizin hazırkı şəraitinin işıqlandırılmasıdır.


AzTV-nin çəkiliş heyəti Suriyanın müxtəlif ərazilərində olub, düşərgələrdə məskunlaşmış azərbaycanlılar və suriyalılarla həmsöhbət olub, onların yaşadığı dəhşətləri lentə alıb.

Suriyaya səfərin məhz Ramazan ayında təşkili isə təsadüfi deyil. Məhz bu ay hərbi əməliyyatlar digər aylarla müqayisədə daha az olur. Lakin bu, təhlükənin olmadığı anlamına gəlmir. Bu məqam filmdə də əks olunub. Belə ki, “İllüziya”da heyətin həyat və sağlamlığına təsir göstərə biləcək təhlükəli kazuslardan fraqmentlər yer alıb.

Filmin adının “İllüziya” seçilməsinin öz mənası var. “İllüziya”ya ərəbcə “vahum” deyilir. Kökü “vahəmə” feilindəndir. Maraqlıdır ki, leksik mənasında həm “vahimə”, həm də “reallığın təhrif olunmuş şəkildə qavranılması” birləşir. Çəkiliş heyətinin 11 ildir müharibənin bitmədiyi Suriyadan təəssüratları da bu ifadədə əks olunur.

Çəkiliş heyətinə AzTV-nin əməkdaşları – ssenari müəllifi və rejissor Vəfa Ağabalayeva, quruluşçu operator Cavid Əliyev daxildir.

Filmin ideya müəllifi Rövşən Məmmədovdur.

Qeyd edək ki, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyası mərhələli şəkildə həyata keçirilir. Sözügedən ölkələrdən 2018-ci ildən indiyədək 365 azərbaycanlı Vətənə gətirilib.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər