Ru
16:44 / 25 İyun 2025

Babasını əzablardan xilas etmək üçün diri-diri yandırdı

Babasını əzablardan xilas etmək üçün diri-diri yandırdı
Eye

Fransada yataq xəstəsi olan babasını öldürməkdə ittiham olunan 33 yaşlı qadının məhkəmə prosesi keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə “BFMTV” məlumat verib.

“Apellyasiya məhkəməsində yatağa bağlı 95 yaşlı babasının çarpayısını yandırmaqla öldürən qadın üçün 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb olunub”, - deyə materialda deyilir.

Qeyd olunur ki, yekun çıxışında baş prokuror Erik Mazo “sevsəydin yandırmazdın” deyə vurğulayıb. Prosesdə təqsirləndirilən şəxs yaşlı babasının iztirablarına son qoymaq istədiyini deyib. Lakin dövlət ittihamçısı bildirib ki, qoca "rahat şəkildə ölməyib, bu, sevgi əlaməti deyil".

Bundan əlavə, baş prokuror bu cinayəti “cəhənnəm əzabı ilə ölüm” adlandırıb. Mazo həmçinin hakimlərdən “qəddarlıqla adamöldürmə” maddəsi ilə ədalətli hökm çıxarmalarını xahiş edib.

Gənc qadını ömürlük həbs cəzası gözləyir.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar