Ru
14:24 / 04 Noyabr 2026

Bakı Humanitar Kollecində dəhşət: Tələbə yoldaşına 6 bıçaq zərbəsi vurdu

Eye

Bakı Humanitar Kollecində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib.

"Bakupost" xəbər verir ki, hadisə kollecin "Gənclik korpusu"nun həyətində qeydə alınıb.

Belə ki, iki tələbə arasında yaranan mübahisə zamanı onlardan biri digərinə 6 bıçaq zərbəsi endirib.

"Bakupost"un əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Lalə Novruz, BakuPost


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar