Ru
09:11 / 30 Sentyabr 2026

Bakı-Qazax yolunda qəza: “Mercedes” yandı - VİDEO

Bakı-Qazax yolunda qəza: “Mercedes” yandı - VİDEO
Eye

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində, Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil yanıb.

"Bakupost" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol-nəqliyyat hadisəsinə uğrayıb və nəticədə yanğın baş verib.

Yanğınsöndürənlərin müdaxiləsi ilə alov qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, qalan hissəsi alovdan mühafizə olunub.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar