Ru
13:39 / 26 İyun 2025

Bakı-Sumqayıt yolunda 4 avtomobil toqquşdu: Yaralı var - YENİLƏNİB

 Bakı-Sumqayıt yolunda 4 avtomobil toqquşdu: Yaralı var - YENİLƏNİB
Eye

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı-Sumqayıt şossesində 4 avtomobil toqquşub.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Bakupost.az-a verilən məlumata görə, qəza "Chevrolet Nexia" markalı, 77 MP 212 dövlət qeydiyyat nişanlı avtomobilin "Mercedes Benz" markalı, 50 AF 251 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qarşısına çıxması nəticəsində baş verib:

"Bu gün saat 08:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 11-ci km-də zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Nuriyev Fariz Əbil oğlunun idarə etdiyi "Mercedes Benz" markalı, 50 AF 251 dövlət qeydiyyat nişanlı yük avtomobili, Nəsibli Hüseyn Neman oğlunun idarə etdiyi "Chevrolet Nexia" markalı 77 MP 212 dövlət qeydiyyat nişanlı avtomobili, Mamedov Həbib Səxavət oğlunun "Honda" markalı 77 EF 594 dövlət qeydiyyat nişanlı avtomobili və Qurbanov Rafiq İbrahim oğlunun idarə etdiyi "Khazar" markalı, 77 PZ 952 dövlət qeydiyyat nişanlı avtomobili toqquşub. Nəticədə "Honda" markalı avtomobilin sürücüsü Mamedov Həbib Səxavət oğlu xəsarət alıb".

Faktla bağlı araşdırma aparılır.


******
9:06

Bu gün səhər saatlarında Bakı-Sumqayıt şossesində yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə zamanı 3 avtomobil toqquşub. Nəticədə avtomobillərdən ikisi aşıb.

Şahidlərin müxbirimizə dediyinə görə, qəza zamanı ağır xəsarət alan olmayıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar