Ru
23:46 / 15 Yanvar 2026

Bakıda ailə münaqişəsi faciəyə çevrildi: 69 yaşlı ana qızını bıçaqladı

Bakıda ailə münaqişəsi faciəyə çevrildi: 69 yaşlı ana qızını bıçaqladı
Eye

Sabunçu rayonunda ailə münaqişəsi zəminində baş verən mübahisə qanla nəticələnib. Hadisə rayonun Ramana qəsəbəsində, "Şuşa şəhərciyi" adlanan ərazidə qeydə alınıb.

Bakupost.az xəbər verir ki, fərdi yaşayış evlərindən birində 69 yaşlı Fəridə Vəliyeva 41 yaşlı qızı Səbirə Kazımova ilə mübahisə edib. Mübahisə zamanı ana qızına bıçaqla xəsarətlər yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Cinayəti törətməkdə şübhəli bilinən 69 yaşlı qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

Qonşuların bildirdiyinə görə, ailədə əvvəllər dəfələrlə mübahisələr baş verib. Belə ki, Səbirə tez-tez anasının evinə gedərək onunla pul üstündə mübahisə edib. Sonuncu insident zamanı isə ana əlini bıçağa atıb.

Xəsarətlərlə xəstəxanaya yerləşdirilən Səbirə Kazımovanın vəziyyəti ilə bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar