Ru
22:53 / 15 Yanvar 2026

Trampın necə sağ qaldığını başa düşmürəm - ABŞ səhiyyə naziri

Trampın necə sağ qaldığını başa düşmürəm - ABŞ səhiyyə naziri
Eye

“ABŞ Prezidenti Donald Tramp, əsasən, hamburger, xırtıldayan toyuq və pəhriz kolası ilə qidalanır. Onun necə sağ qaldığını başa düşmürəm”.

Bakupost.az xəbər verir ki, bunu ABŞ səhiyyə naziri Robert F. Kennedi-kiçik Prezident Donald Trampın qidalanma vərdişləri ilə bağlı podkast aparıcısı Keti Millerin suallarını cavablandırarkən deyib.

“Onun bu cür qidalanma ilə necə sağ qaldığını bilmirəm”, – deyə Kennedi qeyd edib.

O, “Ən sağlam olmayan qidalanma vərdişlərinə kim malikdir?” sualına “Prezident” cavabını verib.

Kennedinin sözlərinə görə, Tramp Ağ Evdə və Floridadakı Mar-a-Laqo malikanəsində olduğu vaxtlarda nisbətən daha sağlam qidalar qəbul edir. Lakin xüsusilə səfərlər zamanı çoxlu miqdarda zərərli qida və kola istehlak edir.

Buna baxmayaraq, ABŞ səhiyyə naziri Donald Trampın son dərəcə güclü və dözümlü bir bədənə malik olduğunu da vurğulayıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar