Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini olan general-polkovnik Mədət Quliyevin həyat yoldaşı, keçmiş aparıcı Zəhra Quliyeva son günlər sosial şəbəkədəki aktiv paylaşımlarıyla diqqət çəkib.
Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, Z.Quliyevanın yeni peşəsi gündəm olub.
O, paylaşımlarda terapiyalarla məşğul olduğunu bildirib.
Z.Quliyeva "Oyanış" ThetaHealing terapiyası" başlıqlı paylaşımları ilə insanları meditasiyalara səsləyib. O, bir növ həyat koçu vəzifəsində çalışır.
Qeyd edək ki, Z.Quliyevanın M.Quliyevlə nikahından iki övladı var.