Ru
21:34 / 15 Yanvar 2026

Təbrizdə hərbi vəziyyət elan olundu

Təbrizdə hərbi vəziyyət elan olundu
Eye

İranda baş verən etiraz aksiyaları fonunda Təbrizdə gərginlik pik həddə çatıb və şəhərdə faktiki olaraq hərbi vəziyyət elan edilib.

Bakupost.az xəbər verir ki, bu barədə “Iran International” portalı yerli sakinlərə istinadən məlumat yayıb.

Sakinlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri tərəfindən şəhərdə qeyri-rəsmi komendant saatı tətbiq olunub və vətəndaşlara axşam saat 20:00-dan sonra küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

“Təbrizin tarixi Böyük Bazarı və iri ticarət mərkəzləri fəaliyyətini tamamilə dayandırıb. Şəhərdə ciddi ərzaq qıtlığı yaranıb, bəzi məhəllə mağazaları günün müəyyən saatlarında açıq olsa da, ət, toyuq və düyü kimi məhsulları tapmaq demək olar ki, qeyri-mümkündür. Şəhərin təkcə mərkəzi küçələrində deyil, ən ucqar məhəllələrində belə çox sayda hərbi texnika və silahlı təhlükəsizlik əməkdaşları yerləşdirilib”, – deyə adının çəkilməsini istəməyən sakinlərdən biri nəşrə söyləyib.

Qeyd edək ki, sözügedən vəziyyət İranda dekabrın sonundan başlayan və iqtisadi böhranla bağlı alovlanan kütləvi etiraz aksiyaları fonunda baş verir. Rəsmi Tehran hələlik Təbrizdəki hərbi mövcudluq və tətbiq edilən məhdudiyyətlərlə bağlı rəsmi açıqlama verməyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar