Ru
21:17 / 15 Yanvar 2026

Sabiq nazir müavini evində ölü tapıldı

Sabiq nazir müavini evində ölü tapıldı
Eye

Rusiya Əmək nazirinin keçmiş müavini Aleksey Sklyar Moskvadakı şəxsi evində ölü tapılıb.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, 50 yaşlı Aleksey Sklyar Filimonkovskoye kəndindəki evində ölü tapılıb.

Evinin qapısı açıq olub və keçmiş məmurun cəsədi dəhlizdə uzanmış halda tapılıb.

Qeyd olunur ki, Sklyar dostlarına mesaj göndərərək ölümündə həyat yoldaşını günahlandırıb.

Aleksey Sklyar 2018-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb və informasiya sistemlərinə və elektron dövlət xidmətlərinin göstərilməsinə rəhbərlik edib. Sklyar 2022-ci ildə Baş nazir Mixail Mişustinin fərmanı ilə vəzifəsindən azad edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar