Ru
23:02 / 15 Yanvar 2026

HƏMAS razılaşdı: Qəzza zolağında hakimiyyət onlara verilir

HƏMAS razılaşdı: Qəzza zolağında hakimiyyət onlara verilir
Eye

HƏMAS hərəkatı Qəzza zolağı üzərindəki nəzarəti yeni formalaşdırılmış texnokratik komitəyə təhvil verməyə razılaşıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Al Arabiya" Fələstin Milli Administrasiyasının rəhbərinin müşaviri Mahmud Əl-Habaşa istinadən məlumat yayıb.

"HƏMAS Qəzzada bütün işləri keçən il ABŞ Prezidenti Donald Trampın razılaşdırdığı plana uyğun olaraq ərazini idarə edəcək komitəyə verəcəyini elan edib", - bəyanatda deyilir.

Bundan əlavə o qeyd edib ki, 15 nəfərdən ibarət yeni komitə Fələstin Milli Administrasiyası ilə koordinasiya şəklində işləyəcək, lakin eyni zamanda öz qərarlarında müstəqil olacaq.

Əl-Habaşın sözlərinə görə, komitənin əsas prioriteti anklavın fələstinli əhalisinin köçürülməsinin qarşısını almaqdır. O vurğulayıb ki, komitə siyasi işlərə qarışmayacaq, onun rolu icraedici və texniki olacaq, humanitar məsələlərə və əhaliyə vacib xidmətlərin göstərilməsinə yönələcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar