Ru
21:52 / 15 Yanvar 2026

ABŞ Əli Laricani və daha 17 nəfərə sanksiya tətbiq etdi

ABŞ Əli Laricani və daha 17 nəfərə sanksiya tətbiq etdi
Eye

ABŞ İranda davam edən kütləvi etiraz aksiyalarına qarşı tətbiq edilən zorakılıqlara və qanunsuz maliyyə əməliyyatlarına cavab olaraq Tehran hakimiyyətinə qarşı sanksiyalar paketini genişləndirib.

Bakupost.az xəbər verir ki, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən açıqlanan yeni “qara siyahı”ya 18 fiziki şəxs və şirkət daxil edilib.

Sanksiyaya məruz qalanlar arasında çirkli pulların yuyulmasında ittiham olunan, həmçinin “Bank Melli” və “Shahr Bank”la sıx əməkdaşlıq edən qurumlar yer alır.

Siyahının ən diqqətçəkən ismi isə İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricanidir. Həmçinin etirazların yatırılmasında birbaşa iştirak edən İran Hüquq-Mühafizə Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dörd regional komandirinə qarşı da məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.

Qeyd edək ki, sanksiyalar həmin şəxslərin ABŞ-dəki aktivlərinin dondurulmasını və Amerika şirkətləri ilə hər hansı ticari əlaqələrinin qadağan edilməsini nəzərdə tutur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar