İyunun 2-də Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.
Bakupost.az xəbər verir ki, təqdimat mərasimi Axalkalaki stansiyasında baş tutacaq.
Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir.
Xatırladaq ki, 2017-ci ildən test rejimində işləyən dəmir yolu xəttinin rəsmi açılışı məhz bu il reallaşır. Ümumi uzunluğu 827 kilometr olan magistralın 213 kilometrlik hissəsi Gürcüstan ərazisindən keçir.
Dəmir yolunun Gürcüstan sahəsinin tikintisi bütövlükdə Azərbaycan tərəfindən maliyyələşdirilib. Bu məqsədlə ayrılmış 775 milyon ABŞ dolları məbləğində kredit layihənin gələcək mənfəəti hesabına ödənilməlidir.
Yalandı rəsmi heç bir məlumat verilmir. Reytinq xətrinə yalan yaymıyın..
Qiymet ne olacaq maraqlidir
Elekberov
Cox sevindirici haldır,biletlərin qiymətini bilmək olar mı?
Xəbərin üzərinə Tarix yazmısız ama açılışın tarixi barədə məlumat yoxdur. Bu yalançılıq deyil nədir bəs?
AÇİLSA MARAGLİ OLARE UZUN YOL MARAGLİ MENZERELİ YOLLAR ADAM GEDİB GEZER
Baku