Ru
20:30 / 07 İyul 2024

Bakıda qoca kişini döyən şəxs saxlanıldı - Yenilənib-VİDEO

Bakıda qoca kişini döyən şəxs saxlanıldı -  Yenilənib-VİDEO
Eye

***

17:00


Bakıda yaşlı kişi amansızcasına döyülüb.


Bakupost.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Möhsün Sənani, 106 ünvanında baş verib.

Axşam saatlarında baş verən hadisənin səbəbləri bilinmir.

Görüntülərdən aydın olur ki, yaşca nisbətən cavan olan şəxs yanındakı iki qadınla birlikdə yaşlı kişi ilə mübahisə edirlər. Daha sonra o, yaşlı adama yumruq və təpiklə zərbələr endirir. Bir qədər sonra qadınlardan biri də ona qoşulur və həmin kişini yumruqlamağa başlayır. Bundan "lhamlanan" kişi qocaya daha möhkəm zərbələr endirir. Onun qonşu binadan hadisəni müşahidə edənlərə xitabən "Bunlar hamısı işverənlərdir" dediyi də diqqətdən yayınmır.

Qonşulardan biri hadisəyə müdaxilə edib, onları aralamğa çalışsa da, onun bu cəhdi nəticəsiz qalır. Yalnız hadisə yerinə polis əməkdaşları gəldikdən sonra yaşlı kişini döyənlər hadisə yerindən uzaqlaşırlar.

***
20:30

DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Bakupost.az -a bildirib ki, Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayan Əlizadə Emil Eldar oğlu iyulun 7-də yaşadığı binanın qarşısında tanışı Valeh tərəfindən döyüldüyü barədə Nərimanov RPİ-nin 16-cı PŞ-yə müraciət edib.

Araşdırma zamanı müəyyən olunub ki, vətəndaş E.Əlizadəni döyən şəxs paytaxt sakini olan 1985-ci il təvəllüdlü Rəhmanov Valeh Əkbər oğludur.

V.Rəhmanov PŞ-yə gətirilərək izahatı alınıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Həmin görüntüləri təqdim edirik:



Elnur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar