Bakıda bu gecə 6 nəfər dəm qazından zəhərlənib.
Bakupost.az -ın məlumatına görə, Nəsimi rayonunda 1991-ci il təvəllüdlü Əsgərli Ləman Xəlil qızı və 1995-ci il təvəllüdlü Mədətzadə Orxan Xəqani oğlu yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Digər hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 1984-cü il təvəllüdlü Cəfərova Həmidə Şakir qızı, 1996-cı il təvəllüdlü Məmmədova Nərmin Əlifağa qızı, Bakıxanov qəsəbəsində 1992-ci il təvəllüdlü Cəfərova yaşadıqları mənzildə zəhərləniblər.
Nərimanov rayonunda da oxşar hadisə baş verib. Belə ki, 2001-ci il təvəllüdlü Mehdiyev Əzim İmran oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisələrin təfərrüatı araşdırılır.
Bu qədər ölüm-itim, zəhərlənmə baş versə də "Azəriqaz" qazın təmizlənməsini həyata keçirmir.