Ru
17:09 / 09 İyul 2025

Bakıda dəhşətli qəza - Ana öldü qızı... - VİDEO

Bakıda dəhşətli qəza - Ana öldü qızı... - VİDEO
Eye

Bu gün səhər saatlarında Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, minik avtomobili iki nəfər piyadanı vurub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, səhər saat 11 radələrində Bakı-Qazax yolunun 46-cı kilometrində Səngəçal qəsəbəsi ərazisində 99 AU 092 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü Yaqubov Elnur Eynulla oğlu idarəetməni itirib və nəqliyyat vasitəsi səkinin üzərində dayanan ana və qızına dəyib.

Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Bədirova İradə Müslüm qızı ölüb, 2004-cü il təvəllüdlü qızı Bədirova Gülnar Rəsul qızı isə xəsarət alıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar