Ru
12:16 / 02 İyul 2025

Bakıda həbs edilən həmin şəxsləri Ukrayna "qara siyahı"ya saldı - FOTO

Bakıda həbs edilən həmin şəxsləri Ukrayna "qara siyahı"ya saldı - FOTO
Eye

Bakıda həbs edilən "Sputnik Azərbaycan"ın redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov Ukraynanın "Mirotvorets" ekstremist resursunun məlumat bazasına daxil edilib.


Bakupost.az xəbər verir ki, bunu resursun saytındakı məlumatlar sübut edir.

Jurnalistlər iyulun 1-də, yəni Bakıda saxlandıqdan bir gün sonra saytın məlumat bazasına daxil edilib.


Ukrayna onları "qara siyahı"ya "müharibə təbliğatı" ilə məşğul olduqları üçün daxil edib.

Qeyd edək ki, hər iki şəxs barəsində Xətai rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar