Ru
13:47 / 08 Mart 2025

Bakıda mağazaya hücum: qadın satıcını bıçaqla hədələdilər - VİDEO

Bakıda mağazaya hücum: qadın satıcını bıçaqla hədələdilər - VİDEO
Eye

Nizami rayonundakı şərab mağazalarından birində martın 6-sı axşam quldurluq hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, naməlum şəxsin mağazada işləyən 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində min manat pul olan kassa aparatını talayıb.

Hadisənin görüntüləri anbaan kameralara düşüb.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar