Ru
10:34 / 07 Yanvar 2022

Bakıda məktəbdə yanğın: direktorun otağı külə döndü - YENİLƏNİB - VİDEO

5044

Bakıda baş verən yanğın söndürülüb, şagirdlər təxliyə olunub.


Bu barədə Bakupost.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.


Bildirilib ki, paytaxtın Suraxanı rayonunda üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan otağın döşəməsi 4 m² sahədə, 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və içərisindəki əşyalar (divan, kreslo, kompüter, kondisioner) yanıb, yüksək temperaturdan yumşaq mebel dəsti qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 80 nəfər şagird və işçi heyət təhlükəsiz əraziyə təxliyə olunub.


FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.



***

08:57


Bu gün səhər saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən, Aslan Muradov adına 84 nömrəli tam orta məktəb yanıb.



Bakupost.az xəbər verir ki, ilkin məlumata görə, yanğına səbəb qısaqapanma olub. Yanğın nəticəsində informatika və direktorun otağında ciddi ziyan dəyib.


Dərhal şagirdlər məktəbdən təxliyyə edilib.


FHN-dən isə bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər