Ru
10:17 / 26 Fevral 2025

Bakıda müğənninin anası və nənəsi dəm qazından öldü - Foto

Bakıda müğənninin anası və nənəsi dəm qazından öldü - Foto
Eye

Bakıda ana və qızı dəm qazından boğularaq ölüb.

Bakupost.az -ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

Fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları Buzovna qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənib.

Onlar hadisə yerində ölüb.

Vəfat edən S.Əhmədova müğənni İlkin Fuadın anası, 87 yaşlı Südabə İsmayılova isə nənəsidir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar