Xətai rayonunda qamışlıq ərazi yanır.
Bu barədə
Bakupost.az -a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
"Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - deyə qeyd olunub.
Əlavə məlumat veriləcək.
***
23:05
Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov qamışlıq sahəsində baş verən yanğın yerinə gəlib.
Bakupost.az xəbər verir ki, icra başçısına ərazidəki yanğın barədə məlumat verilib.
Ərazidə yanğınsöndürmə əməliyyatları davam edir.