Ru
13:03 / 21 İyun 2022

Bakıda parkı yandıran kişi saxlanıldı - FOTO

Bakıda parkı yandıran kişi saxlanıldı -  FOTO
Eye

Bakıda parkda qəsdən yanğın törədilib.


FHN-dən Bakupost.az -a verilən məlumata görə, 14 iyun 2022-ci ildə Binəqədi rayonu, 6-cı mikrorayon, R.Behbudov küçəsində yerləşən “Dendroloji park”ın ərazisində yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 500kv.m. sahədə quru ot yanıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın söndürülərək alovun ətraf ərazilərə yayılmasına imkan verilməyib.


Faktla əlaqədar Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən operativ olaraq hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib. Araşdırmalar nəticəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən Səmədov Emil Nazim oğlu müəyyən edilib. E.Səmədov yanğını qəsdən törətdiyini etiraf edib.


Qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi üçün Səmədov Emil Nazim oğlunun barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinə göndərilib.

Bakıda parkı yandıran kişi saxlanıldı -  FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar