Ru
13:21 / 18 Yanvar 2023

Bakıda seksual manyak ajiotajı: potensial qurbanlar necə davranmalıdır? - Açıqlama

Bakıda seksual manyak ajiotajı: potensial qurbanlar necə davranmalıdır? - Açıqlama
Eye

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Nərimanov rayonunda manyakın peyda olması, onun dərsdən evə qayıdan məktəbli qızı naməlum ünvana aparmaq istəməsi ilə bağlı görüntülər yayılıb.

Qeyd edək ki, son illər ərzində paytaxtda oxşar hallar tez-tez baş verir və cəmiyyətdə ciddi narahatlıq doğurur.


Bəs, bu cür halların baş verməməsi, azyaşlı və yeniyetmələrin təhlükəsizliyinin təmin olunması üçün hansı tədbirlər görülməlidir? Belə hallarda hadisənin potensial qubanları necə davranmalıdırlar?


Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə bildirib ki, məktəblərdə şagirdlərin təhlükəsizliyi, belə situasiyalara düşdükləri zaman nə etməli olduqları ilə bağlı onlarla daim profilaktik söhbətlər aparılmalıdır.

K.Ağazadənin sözlərinə görə, xüsusən qız uşaqlarının seksual hərəkətlər və təcavüz hadisələrindən qorunması üçün təbliğat aparılmalıdır:

"Belə hallarla üzləşən məktəblilər ilk növbədə ətrafdakıların diqqətini cəlb etmək, insanları köməyə çağırmaq barədə düşünməlidirlər. Belə vəziyyətlərdə necə davranmaq barədə uşaqları məlumatlandırmaq lazımdır. Məktəblər uşaq inspektorları və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə işləməlidirlər. Qızlarla söhbətə uşaq inspektoru olan qadınları cəlb etmək önəmlidir. Həmçinin qeyri-hökumət təşkilatlarını, xidmət sektorunda çalışan sosial işçiləri, eyni zamanda psixoloqları maarifləndirmə tədbirlərinə cəlb edərək nəticə əldə etmək olar. Bu görüntü Bakının bir məhəlləsində lentə alınıb. Amma bu o demək deyil ki, yalnız o məhəlləyə fokuslanmaq lazımdır. Regionlarda da bu hallar ola bilər və olub da. Ona görə də düşünürəm ki, Təhsil Nazirliyi orta məktəblərdə maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsində maraqlı olmalıdır".


Əfsanə Rəcəb
BakuPost

Həmçinin oxuyun:


Şərhlər
  • t.ədalət

    Məktəblərdə,yaxud da digər ərazilərdə manyakların peyda olmasına səbəb polisin səriştəsizliyidir.Sıravi polisə olduqca az maaş ödənildiyinə görə onlar asayişi q

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar