Ru
22:59 / 17 Sentyabr 2024

Bakıda tələbələr arasında dava - 1 nəfərə 5 xəncər zərbəsi vuruldu

Bakıda tələbələr arasında dava - 1 nəfərə 5 xəncər zərbəsi vuruldu
Eye

Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.


Belə ki, 5 nömrəli Peşə Liseyinin 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu sözügedən təhsil ocağının tələbəsi ilə mübahisə edib.

Mübahisə zamanı tələbə E.Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar