Ru
11:07 / 17 İyun 2022

Əhmədlidə binadakı yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

Əhmədlidə binadakı yanğın söndürüldü -  YENİLƏNİB - VİDEO
Eye

Xəbər verildiyi kimi, bu gün saat 10:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsində yerləşən çoxmərətəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.


FHN Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının binanın 8-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.



Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin olunub.


Bina sakinlərinin təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.


***

10:12



Bakıda çoxmərətəbəli yaşayış binasında yanğın başlayıb.



Bu barədə Bakupost.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi ünvanındakı çoxmərətəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.


Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Əlavə məlumat veriləcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar