Ru
13:00 / 23 Avqust 2025

Bakıda yol təmiri aylarla bitmir - Sürücülər narazıdır

Bakıda yol təmiri aylarla bitmir - Sürücülər narazıdır
Eye

Bakıda hərəkətin intensiv olduğu yolda təmir işləri aylardır bitmək bilmir.

Bakupost.az xəbər verir ki, sürücülər Xəzər TV-yə bildiriblər ki, işlərə yaz aylarında başlanıb.

Onların sözlərinə görə, pik saatlarda yolda hərəkər demək olar ki, tam dayanır. Yeni tədris ili başlayanadək işlər yekunlaşmasa, yolda vəziyyət daha da acınacaqlı olacaq.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə işlər Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilir.

Mənzil İnşaatı Dövlət Agentliyindən isə bildirilib ki, qurumun növbəti böyük layihəsi olan Binəqədi Yaşayış Kompleksinə məişət-kanalizasiya xəttinin çəkilişi işləri müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə həyata keçirilir və qısa zaman ərzində tamamlanacaq.

Ətraflı süjetdə:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar