Ru
10:26 / 07 Dekabr 2023

Bakıda güclü zəlzələ - Afterşoklar davam edir - Yenilənib3

Bakıda güclü zəlzələ - Afterşoklar davam edir -  Yenilənib3
Eye

Bakıda güclü zəlzələ olub.


Bakupost.az xəbər verir ki, təxminən saat 08:17 radələrində baş verən zəlzələ Bakı sakinləri tərəfindən hiss olunub.


***

Respublika Seysmoloji Xidmət Mərkəzindən Bakupost.az -a bildirib ki, ilkin məlumata əsasən, Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.

***

Hazırda zəif afterşoklar gedir.

Bakupost.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsi məlumat yayıb.


***


Bu gün yerli vaxtla saat 08:15:41-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Bakupost.az -a AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Belə ki, zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında bəzi yerlərdə 5, bəzi yerlərdə 3 bala qədər hiss olunub.

Zəlzələ ocağının dərinliyi 70-km-dir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar