Qış mövsümünün bəzəyi olan qar yaxın günlərdə paytaxt Bakıya da üz tutacaq.
Bakupost.az Baku.ws-ə istinadla xəbər verir ki, yanvarın 16-dan etibarən Bakıda sulu qar yağışının başlaması gözlənilir.
Proqnozlara əsasən, yağıntılar yanvarın 22-dək müşahidə olunacaq. Bu müddət ərzində hava temperatu nisbətən aşağı düşəcək.
Yanvar ayının sonuna qədər sulu qarın fasilələrlə yağması gözlənilir.