Ru
12:15 / 12 Yanvar 2022

Bankomatdan pul çıxaran qadını izləyib quldurluq etdi - VİDEO

549
Suraxanı rayonu Hövsan qəsəbəsində qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, zərərçəkən şəxs evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 200 manat pul və şəxsi sənədləri olan çantasını ələ keçirib.


Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Hövsan qəsəbəsində yaşayan Şəhanə Nəbizadə saxlanılıb. O, ifadəsində qadını bankomatdan pul çıxaran zaman gördüyünü və onu izləyərək quldurluq etdiyini etiraf edib. Araşdırma zamanı Şəhanə Nəbizadənin Hövsan qəsəbəsində bir məzildən də məişət əşyaları oğurladığı məlum olub.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Şəhanə Nəbizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər