Ru
17:17 / 16 Oktyabr 2024

Barın qarşısında doğulan uşağın şərəfinə yeni pivə - FOTO

 Barın qarşısında doğulan uşağın şərəfinə yeni pivə - FOTO
Eye

ABŞ-ın Miçiqan ştatında Aaron və Kayl Beykerin yeni doğulan uşağının şərəfinə yeni pivə bişirilib.

Bakupost.az xəbər verir ki, qadının doğuş sancısı başladığından onlar xəstəxanaya gediblər. Lakin yolda artıq qadının doğuşu başlayıb və kişi yaxınlıqdakı pivə hazırlanan "One Well Brewing" dayanacağında maşını saxlayaraq, ətrafdakıların yardımı ilə doğuşu qəbul edib. Hadisə yerinə gələn təcili tibbi yardım ana və uşağı xəstəxanaya aparıb.

Valideynlər bu hadisənin şərəfinə uşağa Forrest Uels adını qoyub.

Pivə barının sahibi də uşağın şərəfinə xüsusi «Special Delivery» adlı pivə hazırlayıb.

Beləcə Forrest böyüdükdən sonra ömürlük bu yerdən pivə alıb pulsuz içə biləcək.

Aygün Musayeva, BakuPost


 Barın qarşısında doğulan uşağın şərəfinə yeni pivə - FOTO
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar