ABŞ Prezidenti Co Bayden və ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
Bakupost.az  xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
 
Söhbət zamanı Bayden ukraynalı həmkarını ABŞ-ın yeni 625 milyon dollarlıq hərbi yardımı ilə bağlı məlumatlandırıb. Ağ Ev rəhbəri bildirib ki, bu yardıma HİMARS yaylım atəşli reaktiv sistemlər, artilleriya sistemləri, sursat və zirehli texnika daxildir.