Ru
18:20 / 01 Oktyabr 2026

Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - Təcili

Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - Təcili
Eye

Azərbaycanlı hərbçi naməlum şəraitdə Ermənistan ərazisinə keçib.


"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata əsasən, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Sünik vilayətinin Şəki yaşayış məntəqəsində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Qeyd olunur ki, Sünikin Şəki kəndində Azərbaycan əsgərinin saxlanması barədə Azərbaycan tərəfinə də məlumat təqdim edilib. Hazırda Ermənistan İstintaq Komitəsində faktla bağlı araşdırma aparılır. Yaxın dəqiqələrdə məsələ ilə əlaqədar Azərbaycan tərəfinin də açıqlama yayacağı gözlənilir.

Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar